Xəbər lenti

Problem daha ciddidir: İnsan beyin nümunələrində mikroplastiklər tapıldı
Sağlamlıq 21:52 26.08.2024

Problem daha ciddidir: İnsan beyin nümunələrində mikroplastiklər tapıldı

Yeni araşdırma insan beyninin çəkisinin orta hesabla 0,48%-nin kiçik plastik hissəciklərdən ibarət olduğunu müəyyən edib.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar 2016-2024-cü illər arasında Nyu Meksiko ştatının Albukerke şəhərində tibbi ekspertizanın ofisindən götürülmüş insan qaraciyəri, böyrəyi və beynin nümunələrini təhlil ediblər.

Bu müddət ərzində onlar aşkar ediblər ki, plastik səviyyəsi hər orqanda, lakin ən çox beyində (8 il ərzində 50%) artıb. Beynin son nümunələrində plastikin mövcudluğu qaraciyər və böyrəklərə nisbətən xeyli, digər orqanlara nisbətən isə 7-30 dəfə çox olub. Mikroplastik hissəciklər 2024-cü ildə nümunə götürülmüş beynin hissələrinin çəkisinin 0,48%-ni təşkil edib. Bu, 5 millimetrdən az olan bir parçadır.

İnsan orqanlarında tapılan ən çox yayılmış plastik, plastik torbalar və butulkalar hazırlamaq üçün istifadə edilən polimer olan polietilendir.

"Nəticələr göstərir ki, mikro və nanoplastikalar daha çox insan beynində toplanır və zaman keçdikcə konsentrasiyalar artır", deyə tədqiqatçılar məqalədə yazıblar.

Mikroplastiklər sinir xəstəlikləri də daxil olmaqla bir sıra sağlamlıq problemləri ilə əlaqələndirilir. Tədqiqatçılar qeyd ediblər ki, zaman keçdikcə artan mikroplastik səviyyələri Altsheymer xəstəliyi və digər demans vəziyyətlərinin qlobal artımla uyğun gəlir.

"Bu, olduqca narahatedicidir. Beynimizdə təsəvvür etdiyimdən daha çox plastik var. Beynimizin problem yaratmaması üçün nə qədər plastik saxlaya biləcəyini bilmirəm", deyə araşdırmaya rəhbərlik edən Nyu Meksiko Universitetinin professoru Metyu Kampen "The Guardian”a verdiyi şərhdə bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->