Xəbər lenti

Gürcüstanın yeni prezidenti:
Dünya 19:32 30.12.2024

Gürcüstanın yeni prezidenti: "Tiflis Avrointeqrasiya yolundan dönməyib"

Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili bildirib ki, Tiflis Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmağa çalışır, çünki bu, xalqın tarixi seçimidir. 

Qaynarinfo bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Dövlət başçısı vurğulayıb ki, bu məsələdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə spekulyasiyadan tez-tez istifadə olunur:

"Təəssüf ki, bu cür spekulyasiyalar cəmiyyətimizi qütbləşdirməyə xidmət edir, ona görə də bu fərziyyələrə həqiqətlə qarşı çıxmaq bizim borcumuzdur və bu, Gürcüstanın heç vaxt avrointeqrasiya yolundan dönməməsidir".

O, həmçinin ABŞ-la münasibətləri dərinləşdirmək niyyətində olduğunu açıqlayıb. Prezident Donald Trampın administrasiyası ilə ölkələr arasında strateji münasibətlərin bərpa olunacağına ümid etdiyini bildirib.

Bir gün əvvəl Gürcüstanın seçilmiş prezidenti Mixail Kavelaşvili rəsmən vəzifəsinin icrasına başlayıb. Onun sələfi Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib və son vaxtlara qədər Prezident Sarayını tərk etməyə razı olmasa da, sonda bu addımı atıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->