Çin hakimiyyəti ölkənin müxtəlif bölgələrində sahibkarların bir sıra kütləvi həbslərinin qarşısını almağa çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.
Nəşrin yazdığına görə, həbslər işgüzar dairələrin narahatlığını artırır və bu, Çinin iqtisadi artımını ləngidə bilər.
Belə ki, bu il Çində 80-dən çox iri şirkətin top-menecerləri saxlanılıb. Həbslərin əksəriyyəti biznes fəaliyyəti ilə bağlı olmayan regional hakimiyyət orqanlarının göstərişi ilə həyata keçirilib.
Təhlilçilər hesab edirlər ki, həbslər yerli hakimiyyətin maddi vəziyyətinin pisləşməsi ilə bağlı ola bilər. Adı açıqlanmayan pekinli iş adamının sözlərinə görə, həbslər şirkət təsisçiləri arasında qorxu mühiti yaradıb.
Noyabr ayında Çinin müdafiə naziri Donq Yun Un korrupsiyaya görə istintaqa cəlb edildiyi bildirilmişdi. Çin hakimiyyəti Xalq Azadlıq Ordusunun (rəhbərliyinə təsir edən korrupsiya qalmaqalı ilə bağlı Donq Yun barəsində araşdırmalara başlayıb.
Aydın
Şərhlər