Xəbər lenti

Premyer Liqada püşkü atıldı: İlk turun təqvimi
İdman 15:40 18.07.2025

Premyer Liqada püşkü atıldı: İlk turun təqvimi

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

Elgiz Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək və 12 komandanın - "Qarabağ”, "Zirə”, "Sabah”, "Sumqayıt”, "Neftçi”, "Turan Tovuz”, "Qəbələ”, "Araz-Naxçıvan”, "Kəpəz”, "Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

I tur

"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
'Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->