Xəbər lenti

Polşa Maskın bu açıqlamasına görə “Tesla” almamağı tövsiyə etdi
Dünya 12:12 28.01.2025

Polşa Maskın bu açıqlamasına görə “Tesla” almamağı tövsiyə etdi

Polşa hökuməti, amerikalı milyarder İlon Maskın ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının Halle şəhərində keçirilən tədbirindəki bəyanatlarına görə vətəndaşlara Maskın şirkətinin "Tesla” avtomobillərini almamağa çağırıb.  

Qaynarinfo xəbər verir ki, bunu Polşanın idman və turizm naziri Slavomir Nitras bunu Polsat News-a bildirib.  

Onun sözlərinə görə, "heç bir normal polyak artıq "Tesla” almamalıdır".  

Mask Almaniyanın "keçmiş günahlara həddindən artıq diqqət yetirdiyini" bildirib.  

"Uşaqlar baba-nənələrinin günahlarına görə məsuliyyət daşıya bilməz və Almaniyada insanların alman olmağı ilə fəxr etməsi çox vacibdir", – deyə milyarder bildirib.  

Buna cavab olaraq Polşa naziri qeyd edib ki, "bəlkə də cənab Mask milyardlarına görə təhlükə hiss etmir, amma səksən il əvvəl baş verənləri xatırlayan və Avropanın mərkəzində yaşayan hər hansı bir normal insan buna biganə qala bilməz".  

O, həmçinin ümid edib ki, "bəlkə də Maskın bu bəyanatları nəticəsində "Almaniya üçün Alternativ” partiyası sorğularda göstəriləndən daha pis nəticə əldə edər".  

"Çünki, nəhayət, heç kim öz daxili işlərinə qarışılmasını sevmir. Bu, açıq şəkildə Almaniyanın daxili işlərinə qarışmaqdır", – deyə nazir qeyd edib.  

Bu yaxınlarda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Maskın sözlərini şərh edərək bildirib ki, "məsuliyyətin sonu yoxdur".  

Bundan əvvəl isə Polşanın baş naziri Donald Tusk qeyd edib ki, amerikalı milyarder İlon Maskın bəyanatları "həddindən artıq tanış və qorxulu səslənir" – xüsusilə də "Auşvitzin azad edilməsinin ildönümündən bir neçə saat əvvəl".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->