Xəbər lenti

Pentaqon 5 gündə 50 milyard dollar xərcləyib: Lüks qida, bahalı mebel...
Dünya 14:24 11.03.2026

Pentaqon 5 gündə 50 milyard dollar xərcləyib: Lüks qida, bahalı mebel...

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2025-ci ilin sentyabr ayında 93,4 milyard dollar xərcləməklə son 17 ilin aylıq rekordunu qırıb. 

Qaynarinfo xəbər verir ki, "Open The Books" hesabatına görə, maliyyə ilinin sonu büdcə vəsaitlərini itirməmək məqsədilə lüks qidadan yüksək keyfiyyətli mebellərə qədər böyük alışlar edilib və bu xərclərin arxasında "istifadə et və ya itir" panikası dayanır.

Hesabata əsasən, Pentaqon yalnız sentyabrın son 5 iş günündə qrant və müqavilələr üçün 50,1 milyard dollar xərcləyib. Bu xərclər lüks qida məhsulları, yüksək keyfiyyətli mebellər və təcili informasiya texnologiyaları alımlarını əhatə edib.

"Open The Books" qeyri-kommersiya təşkilatı tərəfindən aparılan araşdırmada, Pentaqonun bu xərclərinin 2008-ci ildən bəri federal qurumlar üçün ən yüksək aylıq xərcləmə olduğu qeyd olunub.

Maliyyə ilinin sonuna düşən sentyabr ayında dövlət qurumlarının yüksək xərclər etməsi adi haldır. "Govly" şirkətinin baş icraçı direktoru Mayk Vaylend bildirib ki, dövlət qurumları il ərzində ayrılmış büdcəni tam xərcləməsələr, növbəti il həmin vəsaitə çıxışları olmayacaq. Buna görə də avqust və sentyabr aylarında qurumlar "panika düyməsinə" basaraq böyük xərclər həyata keçirirlər.

Aydın
--> -->