AFB Bank sahibkarların inkişafını dəstəkləmək məqsədilə mikro və aqro kreditlər üzrə daha geniş və əlverişli maliyyə imkanlarını təqdim edir. Yeni şərtlər çərçivəsində biznes sahibləri 500 AZN-dən 200 000 AZN-dək kredit əldə edə bilərlər.
Kreditlər illik 15%-dən başlayan faiz dərəcəsi ilə təklif olunur. Maksimal məbləğin 200 000 AZN-ə qədər artırılması sahibkarlara bizneslərini böyütmək, yeni investisiyalar etmək və fəaliyyətlərini daha dayanıqlı qurmaq üçün əlavə imkanlar yaradır.
Əsas üstünlüklər:
Xüsusilə diqqətçəkən məqam isə 100 000 AZN-dək məbləğin girovsuz təqdim olunmasıdır. Bu üstünlük kiçik və orta biznes subyektləri üçün maliyyə əlçatanlığını artırır, vəsaitin daha sürətli və rahat əldə edilməsinə şərait yaradır.
Mikro və aqro kreditlər:
üçün nəzərdə tutulub.
AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib.
Hazırda AFB Bank ölkə üzrə 8 filial və 4 şöbə olmaqla 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Şərhlər