Xəbər lenti

Məşhur milyarder oğluna Azərbaycanda da toy edəcək
Ölkə 14:09 20.08.2025

Məşhur milyarder oğluna Azərbaycanda da toy edəcək

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toy məclisi avqustun 22-si Qubanın Qırmızı qəsəbəsində təşkil olunacaq. Məclisə Azərbaycanın nüfuzlu şəxsləri dəvət alıb. 

Xatırladaq ki, milyarderin oğlunun ilk toyu avqustun 17-si Rusiyada keçirilib. Həmin məclisə Xalq artistləri Miri Yusif, Röya, müğənnilər Xəyyam Nisanov, Zamiq Hüseynov və başqa azərbaycanlı məşhurların dəvət olunduğu bildirilib. Tədbirə Miri Yusiflə birgə yollanan prodüseri Emin Əfəndi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən Azərbaycana geri qaytarılıb, onun Rusiyaya keçməsinə icazə verilməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->