Fransanın "Ayaçço" futbol klubu iflas proseduruna başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” nəşri məlumat yayıb.
Qeyd olunur ki, avqustun 18-də komanda Ayaçço şəhər məhkəməsinə müflis olmaq üçün müraciət edib. 180 əməkdaş klubdan kənarlaşdırılacaq, təlim mərkəzi də bağlanacaq.
Avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan "Ayaçço"nun bütün milli yarışlardan kənarlaşdırıldığını açıqlayıb. Klub üçüncü diviziona müraciət etmək ümidini saxlayır, lakin FFF-nin qərarına etiraz etmək üçün bir neçə yüz min avro toplamalıdır.
Qeyd edək ki, "Ayaçço" klubu 1910-cu ildə yaradılıb. 115 yaşlı klub uzun illər Liqa 1-də çıxış edib və bir sıra uğurlara imza atıb.
Aydın
Şərhlər