Yeni Orleanda baş verən terror aktlarından və Las-Veqasda "Tesla Cybertruck" partlayışından sonra Amerika rəsmiləri Yaxın Şərqdəki münaqişələrin ABŞ-a da sirayət edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazıb.
Məqalədə deyilir: "Qəzza və Livandakı münaqişə, çox güman ki, öz təşəbbüsləri ilə hərəkət edən kiçik radikal qruplar və ya tək terrorçular şəklində Birləşmiş Ştatlara sıçraya bilər".
Nəşrin məlumatına görə, Nyu Orleanda izdihamın üzərinə sürülən yük maşınından kustar üsulla hazırlanmış partlayıcılar tapılıb ki, bu da beynəlxalq terror təşkilatlarının bu insidentdə iştirakını göstərə bilər.
Yanvarın 1-nə keçən gecə Nyu Orleanda terror aktı baş verib. Sürücü əvvəlcə şəhərin ən məşhur turizm bölgəsində izdihamı vurub, sonra isə atəş açıb, iki polis əməkdaşını güllələyib. Hadisə yerində partlayıcı qurğu tapılıb. FTB-nin məlumatına görə, şübhəli şəxs 42 yaşlı ABŞ vətəndaşı Şəmsuddin Cabbardır, o, ABŞ ordusunun veteranı olub.
Aydın
Şərhlər