Xəbər lenti

NATO nüvə təlimlərinə başladı: Pozucu Rusiya təyyarələri vurula bilər
Dünya 12:10 13.10.2025

NATO nüvə təlimlərinə başladı: Pozucu Rusiya təyyarələri vurula bilər

13 oktyabr, bazar ertəsi günündən etibarən NATO "Steadfast Noon 2025” adlı nüvə caydırıcılığı təlimlərinə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə dpa agentliyi məlumat yayıb.

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Komandanlığının məlumatına görə, növbəti iki həftə ərzində təlimlərdə təxminən 2000 hərbi qulluqçu iştirak edəcək.

Təlimlərin hava mərhələsində 70-dən çox təyyarə iştirak edəcək. Onların arasında Avropada yerləşdirilmiş ABŞ nüvə bombalarını daşıya bilən Almaniya qırıcıları da olacaq.

Bu ilki manevrlər əsasən Şimal dənizi üzərindəki hava məkanında keçiriləcək. Təlimlərdə Niderlanddakı Volkel aviabazası, Belçikanın Kleine-Brogel, Britaniyanın Lakenheath və Danimarkanın Skrydstrup hərbi bazaları da fəal şəkildə iştirak edəcək.

NATO-nun məlumatına görə, Bundesver təlimlər üçün üç ədəd Tornado (ABŞ atom bombalarının daşınması üçün təchiz olunmuş) və dörd ədəd Eurofighter təyyarəsi ayırıb.

Təlimlərin detalları tam məxfi saxlanılır, NATO senari barədə heç bir məlumat açıqlamır.

Alyansın vurğuladığı kimi, Steadfast Noon təlimləri müntəzəm olaraq keçirilən tədbirdir və Rusiya təyyarələrinin hava məkanını pozması və ya digər son provokasiyalara cavab kimi qiymətləndirilmir.

NATO Baş katibi Mark Rütte cümə günü bildirib ki, bu təlimlər nüvə caydırıcılığının etibarlılığını və effektivliyini maksimum səviyyədə təmin etmək üçün vacibdir.

Xatırladaq ki, KİV-in məlumatına görə, NATO müttəfiqləri Rusiyanın alyans üzvü ölkələrə qarşı artan təxribatçı hərəkətlərinə daha qəti cavab vermək imkanlarını müzakirə edirlər — o cümlədən hərbi cavab variantını da istisna etmirlər.

Bundan əlavə, Avropa diplomatları Kremlə qapalı şəkildə xəbərdarlıq ediblər ki, NATO hava məkanının növbəti pozuntularına cavab olaraq Rusiya təyyarələrini vurmağa belə hazırdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->