Xəbər lenti

Millinin futbolçusu əməliyyat olundu
İdman 13:27 28.03.2025

Millinin futbolçusu əməliyyat olundu

"Sabah" klubunun və Azərbaycan millisinin futbolçusu Amin Seydiyev əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->