Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti avtomat meteoroloji stansiyalarının alınması və quraşdırılması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki. tenderin qalibi "Turnkey Pro Solutions” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 825 108,44 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Turnkey Pro Solutions” MMC 10 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 33 A, mənzil 145-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Türka Əmiraslan qızıdır.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Milli Hidrometerologiya Xidməti "Turnkey Pro Solutions” MMC ilə ötən il 641 863,36 manatlıq, 2024-cü ildə isə 3 035 597,89 manatlıq satınalma müqaviləsi imzalayıb.
Seyid
Şərhlər