Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyi irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılır.
İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.
MSK-nın sədrinin müavini və katibləri də müəyyənləşib.
MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.
Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib.
Şərhlər