Xəbər lenti

Deputat: Qanun layihəsində lizinq şərtləri cəlbedici deyil
Ekonomiks 14:24 27.04.2026

Deputat: Qanun layihəsində lizinq şərtləri cəlbedici deyil

"Maliyyə icarəsi haqqında" qanunun qəbul edilməsi maliyyə lizinqi sahəsində nəzarətin güclənməsinə və tənzimləmələrə imkan verəcək".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında "Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib
 
Deputat bildirib ki, daha məqsədə uyğun olardı qanun layihəsi ilə birlikdə risk qiymətləndirilməsi də təqdim olunsun:
 
"Azərbaycanda bankların lizinq faizi kredit faizindən daha çoxdur. Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3.5 faiz, istehlak kreditləri üzrə 7.0 faiz olsa da avtomobil lizinqlər üzrə faiz dərəcəsi daha aşağı, 2 faiz ətrafında dəyişir. Qazaxıstanda orta kredit faizi 19.0 faiz olsa da, avtomobil kreditləri üzrə faiz 14 faizdir. Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır. Digər tərəfdən ilkin ödəniş tələbi də var. Göründüyü kimi, lizinq şərtləri cəlbedici deyil".
 
Reyster qeydiyyatı, hesabatlılıq rəqabətə necə təsir edəcək? Bu tələblər lizinq xidmətinin banklarda təmərküzləşməsinə səbəb olacaqmı?
 
Vüqar Bayravov qeyd edib ki, minimum kapital tələbi qanunla konkret meyara bağlanılsın ki, bazar çıxış imkanlarına neqativ təsir göstərməsin:
 
"Bir sıra ölkələrdə hüquqi şəxslər ilə yanaşı, fiziki şəxslər də maliyyə icarəsi ilə məşğul olurlar. Amma yeni qanun fiziki şəxslərə lizinq fəaliyyəti ilə məşğul olmaq imkanı verməyəcək. ABŞ təcrübəsindən istifadə olunsa da arayışda qeyd edilmir, məsələn, bazar dəyərinin 90, istismar müddətinin 75 faiz və daha çox olması sözügedən ölkdədən götürülüb".

Vüqar
--> -->