Rusiyalı milyarderə məxsus superyaxta sanksiyalara baxmayaraq Hörmüz boğazından problemsiz keçib.
Qaynarinfo-nun "The Moscow Times"a istinadən məlumatına görə, Mordaşov məxsus 142 metrlik "Nord” yaxtası mübahisəli hesab olunan dəniz marşrutundan sərbəst şəkildə hərəkət edib.
Vesselfinder və Marinetraffic izləmə sistemlərinin məlumatına görə, yaxta 24 aprel tarixində Dubaydan çıxıb və 25 aprel gecəsi Hörmüz boğazını keçərək Oman istiqamətində hərəkət edib.
NBC News-un məlumatına əsasən, həmin marşrutu eyni vaxtda bir neçə başqa gəmi də keçib. Bunlar arasında ABŞ sanksiyalarına məruz qalan tanker və yük gəmiləri, o cümlədən İran gəmisi və sərnişin bərəsi də olub.
Məlumata görə, Aleksandr Mordaşov bu həftə Forbes-in ən varlı rusiyalılar siyahısında birinci yerə yüksəlib. Onun sərvəti ilk dəfə olaraq 30 milyard dolları keçərək 37 milyard dollara çatıb. Sahibkar ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
"Nord” yaxtası Almaniyada inşa edilib və sanksiyalar tətbiq edildikdən sonra Rusiya qeydiyyatına keçirilib. Daha əvvəl İranın Moskvadakı səfiri İranın bəzi hallarda rus gəmilərinə Hörmüz boğazından rüsumsuz keçid üçün istisna tətbiq etdiyini bildirmişdi.
UNIAN-ın məlumatına görə, Fars körfəzindəki münaqişənin ilk həftələrində ABŞ və İsrail İranın dəniz qüvvələrinin əsas elementlərinə zərbələr endirib. Bildirilir ki, hədəflər arasında regionda İranın hərbi gücünün əsas hissəsi sayılan sualtı qayıqlar da olub.
Ekspertlərin fikrincə, bu sualtı qayıqlar uzun illər ərzində İranın ən təhlükəli dəniz platformaları hesab olunub və əsasən Rusiya istehsalı olan "Kilo” sinifli dizel-elektrik sualtı qayıqlarıdır.
Günay
Şərhlər