Xəbər lenti

Ekonomiks 16:15 27.10.2025

"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda 1,6 milyonluq azalma

Cari ilin yanvar-sentyabr aylarında "Meqa Sığorta”nın sığorta yığımlarında 1 milyon 661 min manat və ya 6,07% azalma müşahidə edilib. 

Valyuta.az xəbər verir ki, bu ilin ilk 9 ayında sığorta şirkətinin yığımlardan əldə etdiyi məbləğ 25 milyon 693 min manat olub. 

Ötən ilin eyni dövründə isə sığorta şirkətinin yığımları 27 milyon 354 min manat təşkil edib.

"Meqa Sığorta”ASC-nin sığorta ödənişlərinə gəldikdə isə yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.

Daha aydın desək, sığorta şirkətinin ödənişlərində 1 milyon 347 min manat və ya 12,84% artım olub. 

"Meqa Sığorta” ASC cari ilin ilk 9 ayında 11 milyon 836 min manatını ödəniş üçün ayırıb, ötən ilin eyni dövründə isə bu göstərici 10 milyon 489 min manat təşkil edib. 

Şirkət sözügedən dövrdə hər 100 manatdan 46,06 manatını ödəniş üçün ayırıb ki, ötən ilin eyni dövründə bu göstərici 38,34 manat olub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->