Xəbər lenti

Ölkə 23:27 25.04.2026

"Şəkili Pərviz" həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən tiktoker həbs edilib.
 
Qaynarinfo Unikal.az-a istinadən xəbər verir ki, "TikTok"da "Şəkili Pərviz" ləqəbi ilə tanınan Vahab Vüqar oğlu Alxasov polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.
--> -->