Analitik layihə DeepState hesablayıb ki, mart ayında Rusiya qoşunları Ukraynada 133 kvadrat kilometr ərazini işğal edib. Bu, 2024-cü ilin iyulundan 2025-ci ilin fevralına qədər olan dövrlə müqayisədə xeyli azdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "DeepState" "Telegram" kanalı məlumat yayıb.
Layihənin açıqlaması: "Kaçap (rus – red.) qoşunlarının effektivliyinin azalması davam edir. Noyabr ayı ilə müqayisədə aylıq ərazi itkiləri təxminən 6 dəfə azalıb".
Analitiklər bildiriblər ki, bu, rusların hücumları azaltdığı və sadəcə atəşkəs danışıqlarını gözlədiyi anlamına gəlmir. Əksinə, işğalçılar bir neçə istiqamətdə hücum əməliyyatlarını yenidən gücləndiriblər.
"Mart ayının ikinci yarısında Pokrovski istiqamətində intensivlik xeyli artdı və 2024-cü ilin sonundakı səviyyəyə çatdı. O zaman şəhərin cənubundakı müdafiə mövqeləri bəzən tamamilə dağılırdı", – deyə məlumatda qeyd olunub.
DeepState əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələrinin yorğunluğuna və mövcud problemlərə baxmayaraq, ukraynalı döyüşçülər hələ də düşmənin uğurlarını minimuma endirməyi bacarırlar.
Bundan başqa, hazırda əsir düşən işğalçılar arasında cəbhəyə göndərilməzdən əvvəl cəmi bir neçə günlük hazırlıq keçmiş şəxslərin olduğu vurğulanıb.
"Təəssüf ki, onların hazırda Kursk qruplaşması kimi bir ehtiyatı var. Böyük sual budur ki, bu qüvvə hara göndəriləcək və ya bölünəcək", – deyə DeepState yekunlaşdırıb.
Alpər
Şərhlər