Xəbər lenti

Madonnanın böyük qardaşı yoxsulluq içində öldü - Onun məğrur tarixçəsi
Foto 09:54 27.02.2023

Madonnanın böyük qardaşı yoxsulluq içində öldü - Onun məğrur tarixçəsi

Madonnanın küçələrdə yaşayan böyük qardaşı Entoni Çikkone 66 yaşında yoxsulluq içində ölüb. Müğənni onunla yaxın olmayıb, lakin dəfələrlə qardaşına yardım təklif etsə də, o, həmişə bundan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Entoninin ölümü barədə məlumatı Madonnanın bacısı Melani Çikkone ilə evli olan Co Henri verib. 

"Qaynım Entoni Cerard Çikkone dünən gecə bizi tərk etdi. Mən onu 15 yaşından tanıyırdım. Entoni mürəkkəb xarakterə sahib idi. Amma mən onu sevirdim və bəzən göstərmək istədiyimdən də yaxşı başa düşürdüm", - Co yazıb. 

Entoni, məşhur bacısı kimi, Detroit ətrafında böyüyüb. Narkotiklərə erkən aludə olub, 1980-ci illərdə o, Madonna kimi Nyu Yorkda yaşayıb.

Həmin vaxt onunla görüşən 59 yaşlı Karolina Canqo onu müsbət tərəfdən təsvir edib. "O, yolunu tapmağa çalışan itmiş bir ruh idi, amma yaxşı insan idi. Oxumağı çox sevirdi və "Madonnanın qardaşı" adlandırılmağı xoşlamırdı" – Karolina deyir. Qadının sözlərinə görə, bir dəfə Entoninin ad günündə Madonnanın köməkçisi ona zəng edib hədiyyə olaraq nə qədər pul istədiyini soruşanda Entoni qəzəblənib və imtina edib.

Bundan sonra evsiz qalıb, alkoqolizmdən əziyyət çəkib və müntəzəm olmayan işlərdə çalışıb. 2011-ci ildə verdiyi müsahibədə ailəsinin ondan üz döndərdiyini söyləyib.

Madonna qardaşının vəziyyətindən xəbərdar idi və dəfələrlə kömək təklif edib, həmçinin onun reabilitasiya klinikasında müalicə xərclərini ödəyəcəyinə söz verib, lakin Entoni bundan imtina edib.

"Çətin günlər keçirəndə ailəm məndən üz çevirdi. Elə bilirsiniz, "bacım niyə multimilyonerdir, mən isə evsizəm, küçədə yaşayıram” sualına öz-özümə yüz dəfə cavab verməmişəm. Heç vaxt heç vaxt demə. Bu, hər kəsin başına gələ bilər”, - deyə jurnalistə deyib və belə bir məşhur ulduzun qardaşının körpünün altında yaşaması bəzilərinə gülməli görünəndə qəzəbləndiyini deyib. Lakin o, xeyriyyə yeməkxanalarında nahar etməyə üstünlük verərək, onun köməyindən imtina etməyə davam edib.

Bir vaxtlar Alyaskada balıqçı, Nyu Yorkda fotoqraf köməkçisi, atasının və ögey anasının üzüm bağında usta işlədiyini iddia edən Çikkone zibil qutularından banka yığaraq bir-iki dollara işlədiyindən şikayətlənib. Lakin 2017-ci ildə müalicə olunduqdan sonra onun işləri rəvan gedib.

Xatırladaq ki, Madonnanın uşaqlığı çətin keçib. Anası 6-cı dəfə hamilə olarkən 30 yaşında xərçəngdən vəfat edib. Dindar ata qızına səhnədə çıxış etməyi qadağan edib və o, xadimə ilə ikinci dəfə evləndikdən sonra qızı ilə münasibətləri pisləşib. Ümumilikdə Madonnanın yeddi qardaş və bacısı var. Başqa bir ögey qardaş körpəlik vaxtı vəfat edib. Qardaşlardan biri Kristofer məşhur bacısı haqqında "Bacım Madonna ilə həyat" adlı kitab yazıb. 2008-ci ildə onun istəyinə zidd olaraq kitab nəşr olunub. Və müğənninin özünün dediyi kimi, "reputasiyasına xələl gətirib”.

Madonnanın xatirələrinə görə böyük qardaşları Martin və Entoni bütün uşaqlıq boyu onu incidiblər, erkən içməyə və narkotik qəbul etməyə başlayıblar. 

Xatırladaq ki, bu yaxınlarda Madonna sevgilisi Endryu Darnell tərəfindən atılıb. 64 yaşlı pop diva ilə 23 yaşındakı Endryu arasındakı münasibətlər təxminən beş ay davam edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->