Xəbər lenti

Lənkəranda tanınmış vəkil qəzaya düşdü (FOTO)
Foto 16:03 08.09.2025

Lənkəranda tanınmış vəkil qəzaya düşdü (FOTO)

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar” adlanan dənizkənarı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində "Land Rover” və "KİA” markalı minik avtomobilləri toqquşub.

Qəzada "Land Rover”in sürücüsü, 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lənkəranda tanınmış vəkil olan E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->