Xəbər lenti

Klintonlar Kamala Harrisə niyə yaltaqlanır? - KİV
Dünya 18:12 02.08.2024

Klintonlar Kamala Harrisə niyə yaltaqlanır? - KİV

Ağ Evin keçmiş sahibi Bill Klinton və həyat yoldaşı Hillari ABŞ-ın Böyük Britaniyadakı səfiri olmaq istəyən qızları Çelsi üçün Demokrat Partiyasından prezidentliyə namizəd kimi vitse-prezident Kamala Harrisi dəstəkləyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” mənbələrə istinadən məlumat yayıb.

"Çelsi Klinton həqiqətən də Böyük Britaniyada səfir olmağı çox istəyir. Bill və Hillari ilk beş dəqiqədə (ABŞ prezidenti Co Bayden ikinci müddətə namizəd olmayacağını elan etdikdən sonra - red.) Kamalanın prezident seçkilərində iştirakını dəstəkləməsinin səbəbi ondan ibarətdir ki, onlar Harrisə yaltaqlanmaq istəyiblər”, - materialda deyilir.

Qəzetin mənbəsinin sözlərinə görə, Klintonlar uzun müddətdir ki, bu ideya üzərində işləyirlər. Qəzetin həmsöhbətinin sözlərinə görə, Çelsi Fransada səfir vəzifəsindən də imtina etməz. 

Böyük Britaniya səfirliyində uzun müddət çalışmış başqa bir mənbənin nəşrə verdiyi məlumata görə, 44 yaşlı Çelsi belə bir missiya üçün "hələ çox gəncdir”.

Bundan əlavə, onun sözlərinə görə, adətən belə bir vəzifəyə xeyriyyəçilik sahəsində tanınmış similar təyin olunur.

Xatırladaq ki, Klintonlar iyulun 21-də demokratların prezidentliyə namizədi olaraq Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Əvvəlcə Demokratlar Partiyasını Ağ Evin hazırkı sahibi Co Bayden təmsil etməli idi, lakin keçmiş prezident Donald Trampla debatda uğursuzluqdan sonra iyulun 21-də seçki yarışından çıxmaq qərarına gəlib və bu vəzifəyə vitse-prezident Harrisin namizədliyini dəstəkləyib.

Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb. Onunla yanaşı, Ohayo senatoru C.D.Vens vitse-prezidentliyə namizəd kimi təsdiqlənib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->