Xəbər lenti

İdman 16:20 06.09.2023

"Kəpəz" qanalı futbolçu ilə müqavilə bağlayıb icarəyə verdi

"Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, Gəncə klubu qanalı yarımmüdafiəçi Ezekiel Morqanı heyətinə cəlb edib. 21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. Onun sonuncu klubu vətənində "Tudu Mayti Gets" olub.
 
Morqan "Kəpəz"lə müqavilə bağladıqdan sonra mövsümün sonuna kimi Birinci Liqa təmsilçisi "İmişli"yə icarəyə verilib.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->