Xəbər lenti

İyunun 17-dən Həcc ziyarəti başlayır
Ölkə 12:10 14.06.2023

İyunun 17-dən Həcc ziyarəti başlayır

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->