Gəncə terrorunda hər iki valideynini itirən Sevil Əliyeva ana olub.
Qaynarinfo xəbər verir ki, Modern.az-a bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, Talış adlı gənclə ailəli olan Sevilin oğlu dünyaya gəlib və körpəyə Rəşad adı verilib.
Qeyd edək ki, Gəncə terroru zamanı dağıntılar altında qalan Sevil Əliyevanı onun sinif yoldaşı xilas edib. Sevil həmin sinif yoldaşı Talış bəylə ailə həyatı qurub.
Şərhlər