Avropada 2025-ci ilin ən çox satılan avtomobillərinin siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki,I reytinqin lideri "Renault Clio" modeli olub. Fransız istehsalının bu avtomobili təkcə Avropada deyil, qlobal bazarda da artıq klassik sayılır.
"Focus2Move" portalının məlumatına görə, ilin əvvəlindən sentyabr ayınadək aparılan satış təhlili nəticəsində "Renault Clio" bir pillə irəliləyərək 6,7 faiz artım göstərib. "Dacia Sandero"nun satışları 7,1 faiz azalsa da, o, ikinci yeri qoruyub. Üçüncü yerdə 9 faiz artımla "Volkswagen T-Roc" qərarlaşıb.
Siyahıda diqqətçəkən məqam odur ki, rus istehsalı "Lada Granta" da ilk onluğa daxil olub və 7-ci yerdə qərar tutub. Modelin satışları 3,8 faiz azalıb. Reytinqin son pilləsində isə kompakt "Citroen C3" yer alıb.
Avropada 2025-ci ilin ən populyar 10 avtomobili:
1. "Renault Clio" (+6,7%)
2. "Dacia Sandero" (-7,1%)
3. "Volkswagen T-Roc" (+9%)
4. "Volkswagen Golf" (-14,1%)
5. "Dacia Duster" (+2,5%)
6. "Volkswagen Tiguan" (-0,2%)
7. "Lada Granta" (-3,8%)
8. "Opel Corsa" (+8,1%)
9. "Toyota Yaris" (-13,2%)
10. "Citroen C3" (-6,5%)
Aydın
Şərhlər