Ermənistan hökuməti 9 yanvar tarixində keçirilən iclasında "Ermənistan Respublikasının Avropa İttifaqına üzv olma prosesi" adlı qanun layihəsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə News.am məlumat
yayıb.
Məsələni hökumətə təqdim edən xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, qanun layihəsi "Ermənistanın Aİ-yə üzv olması prosesinə başlanması" məsələsini müzakirə üçün Milli Məclisə vətəndaş təşəbbüsü olaraq təqdim edilib və indi hökumətin bu məsələyə mövqeyini bildirməsi tələb olunur. O, təklif etdiyi müsbət cavab haqqında danışıb və son illərdə Ermənistan və Aİ arasındakı intensiv əlaqələrə toxunub.
Mirzoyan qeyd edib ki, Avropa İttifaqı Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bir çox proqramlarda iştirak edir, o cümlədən Aİ-nin vətəndaş monitorinqi missiyasının həyata keçirilməsi. Həmçinin, Aİ Ermənistanın iqtisadi dayanıqlılığını möhkəmləndirməyə dəstək olmağa hazırdır.
Baş nazir Nikol Paşinyan Ermənistanın Aİ-yə üzv olma qərarının referendumla təsdiqlənməsini vurğulayıb. Hökumətin qanun layihəsini təsdiqləməsindən sonra, bu layihə parlamentdə də müzakirə ediləcək.
Əvvəlki aylarda "Avro Səsi" təşəbbüsü çərçivəsində Ermənistanın Aİ-yə üzvlüyə başlanması üçün imza toplanmışdı.
Qeyd edək ki, ötən ilin 9 sentyabrında Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberalizasiyası barədə danışıqlar başlanıb və 2024-cü ilin martında Avropa Parlamentində Ermənistanın Aİ-yə üzvlük statusu ilə bağlı təklif qəbul edilib.
Alpər
Şərhlər