Sentyabrda tam elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 26% artaraq rekord həddə - 2,1 milyon ədədə çatıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Ekspertlərin fikrincə, artım Çində yüksək tələbat və vergi güzəştlərinin sonunda ABŞ-a alıcı axını ilə bağlıdır. Şimali Amerikada satışlar 66% artaraq 215 000 ədədə çatıb.
Qlobal satışların yarıdan çoxu Çində olub - təxminən 1,3 milyon avtomobil. Bu təəccüblü deyil, çünki o, çoxdan elektromobil bazarının lokomotivi olub.
Avropada da "bum" qeydə alınıb – satışlar 427 541 ədədə qədər artıb. Buna Almaniyada hökumətin stimullaşdırma proqramları və Böyük Britaniyada yüksək tələb səbəb olub.
Mütəxəssislər "Tesla Model Y"nin daha sərfəli variantının Avropa bazarına çıxmasının yaxın aylarda rəqabəti daha da gücləndirəcəyini proqnozlaşdırırlar.
Eyni zamanda, ABŞ-da elektromobillərə tələbatın dördüncü rübdə kəskin şəkildə azalacağı gözlənilir, çünki həm istehlakçılar, həm də bizneslər vergi güzəştlərindən məhrum olacaqlar.
Aydın
Şərhlər