Dünyanın ən bahalı alışqanı Fransada 400 qram xalis qızıldan hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Oddity Central" yazıb.
Onun müştərisinin Honq-Konqdan olan milyarder olduğu üzə çıxıb.
Fransız lüks markası "ST Dupont" Fransa tarixinə həvəsi olan Honq-konqlu milyarder Stiven Hanq tərəfindən xüsusi olaraq sifariş edilən "Louis XIII Fleur de Parme" alışqanının üzərində işləməyə başlayıb. O, tac formasında işlənib və 400 qram xalis qızıldan hazırlanıb, həmçinin ümumi çəkisi 41 karat olan 152 sapfirlə örtülüb.
Belə alışqanın qiyməti təxminən 500 min dollardır. Onun hazırlanması təxminən altı ay çəkib və ümumilikdə sifariş üzərində "Fransız mədəniyyəti və tarixini dərindən bilən” 80 ustadan ibarət komanda çalışıb.
Aydın
Şərhlər