Xəbər lenti

Hikmət Rəhimov: Nazirliyin müəyyən əməkdaşları var ki, özlərini itiriblər
Ölkə 16:43 16.08.2025

Hikmət Rəhimov: Nazirliyin müəyyən əməkdaşları var ki, özlərini itiriblər

"Mədəniyyət naziri Adil Kərimliyə məktub yazdım. Onların müəyyən əməkdaşları var ki, özlərini itiriblər. Cavab gəldi ki, sübut var? Dedim, bəli var. Sonra itdilər. Orada bəziləri etiraf etdi ki, haqlısan. Amma itdilər".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov "Astar" layihəsində qonaq olarkən deyib. Aktyor mədəniyyət naziri Adil Kərimliyə kino şöbəsində çalışan əməkdaş Günay Rəhimova ilə bağlı yazdığı məktubdan danışıb. O bildirib ki, məktub heç bir nəticə verməyib. 

H.Rəhimov ilk dəfə ailəsindən, həyat yoldaşı ilə tanışlığından söz açıb:

"Qız istəməyən olmuşam. Tipik Azərbaycan xasiyyəti: nəsli oğul davam etdirər. Amma qız uşağı başqa hissdir. Qızım 6-cı, oğlum birinci sinfi bitirdi. Onlar olmasaydı həyatda prinsipiallığım və iddiam olmazdı, vecsiz adama çevrilərdim. Aşiq olub ailə qurmuşam. Xanımımı ətriyyat mağazasında gördüm. Onda oxuyurdu, gördüm, keçib getdim. Səhəri yenə gəldim, yaxınlaşmıram. İki həftə belə oldu. Sonra qərar verdim və yaxınlaşdım. Amma cavab vermədi. Məsələ 2 ay vaxt apardı".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->