Xəbər lenti

45 min manat vergi borcu olan şirkət FHN-nin tenderində necə qalib seçilib?
Ekonomiks 18:40 15.08.2025

45 min manat vergi borcu olan şirkət FHN-nin tenderində necə qalib seçilib?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Atlas Alliance Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı sözügedən qurumun keçiridyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 208 482,4 manatdır. 

"Atlas Alliance Group" MMC 1 aprel 2018-ci ildə "Azər 1982" MMC kimi qeydiyyata alınıb. 8 gün sonra isə şirkətin adı dəyişdirilib. 

"Atlas Alliance Group" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Azər Rəhim oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Araşdırmalarımız zamanı o da məlum olub ki, "Atlas Alliance Group" MMC-nin hazırda 45 829,01 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında" qanuna görə vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->