Xəbər lenti

Maqazin 15:03 16.08.2025

"Bu, bu tərbiyəsizliyin ən axırıncı nöqtəsidir"

Aktrisa Məlahət Abbasova bəzi müğənniləri tənqid edib.
O, səhnədə arxasını tamaşaçılara dönərək mahnı oxuyan müğənniləri mədəniyyətsiz adlandırıb:

"Bizim vaxtımızda bir insana arxasını çevirib oturmaq, dönmək böyük mədəniyyətsizlik idi. İndi İnstaqramda qabağıma müğənnilər çıxır, mahnının ikinci saniyəsindən sonra arxasını dönüb sona qədər elə oxuyurlar. Niyə?".

Aktrisanın bu tənqidinə müğənnilərdən cavab gəlib.

Xalq artisti Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında hər kəsin göz qarşısında olduğunu bildirib:

"Nə deyim, hər şey göz qarşısındadır. Məlahət xanımı çox sevirəm, onun özünə də, sənətinə də böyük hörmətim var”.

Meyxanaçı-müğənni Samirə Yusifqızı isə hesab edir ki, Məlahət Abbasovanın bu iradı onların yaşıdlarına aid deyil:

"Məlahət xanım onu bizim nəsil üçün deməyib. Bizim nəslin sənət adamları belə hərəkət etməz. Biz səhnə mədəniyyəti görmüşük, ali təhsil almışıq, müəllimlərimizdən səhnədə necə davranmağı öyrənmişik. Tamaşaçı qarşısında ədəb-ərkanla dayanırıq. Səhnədə olan müğənninin tamaşaçıya arxasını çevirib mahnı oxuması hörmətsizlik yox, tərbiyəsizliyin ən axırıncı nöqtəsidir. Onlar da neyləsinlər, bu boyda pul xərcləyiblər, əziyyət çəkiblər, plastik həkimlərin əli ilə popolarını şişirdib şara döndəriblər. Onu göstərməlidirlər, ya yox. Hətta camaatın gözünə soxmalıdırlar ki, bu var. Burada sənətdən danışmağın yeri yoxdur. Bu, sənət deyil”.

Meyxanaçı-müğənni bu məsələdə TV-ləri də günahlandırıb:

"Əslində onları bu günə efirlər qoyub. Onları reytinq xatirinə efirə dəvət edirlər. Nədir ki, bir-birini qırsınlar, qalmaqal olsun, efirə reytinq gəlsin. Onlar da bundan qürur duyurlar, elə bilirlər, elə belə də olmalıdır. Hətta bəziləri kredit götürüb arxasını şişirdib. Dar paltar da geyinib, arxasını camaatın gözünə soxurlar. Ayıbdır valah. İncəsənət, Azərbaycan musiqisi əgər bu gün arxadan ibarətdirsə, deməyə sözümüz yoxdur”.

Aşıq Zülfiyyə də arxasını tamaşaçıya çevirən sənətçilərə irad bildirib:

"Bu olmaz. Mən istəmirəm ki, hər hansı bir sənətçi arxasını tamaşaçıya çevirsin. Hər bir sənət adamını zirvəyə qaldıran tamaşaçıdır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->