"Çox yaxında Azərbaycanda açılan "Scandens" şirkətinin məhsulları bazara daxil olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, farmakoloq Müşfiq Hüseynov deyib. Onun sözlərinə görə, bu, qismən də olsa yüksək tələbat mallarına olan ehtiyacı ödəyə biləcək:
"Hələlik isə bu qərarın alternativi yoxdur. Məcburiyyətdir".
Ekspert dərman preparatlarının qiymətinin qalxacağını vurğulayıb:
"Azərbaycan dərman istehsaçısı deyil. Hələ hər şey yeni başlayır. Ona görə ixracdan aslıyıq. İxrac olunan dərmanların qiymətinin artması isə bu qərarı labüd edir. Başqa cür mümkün deyil. Əgər belə olmasa ölkədə dərman defisiti yaranar".
Hökümət bu sahəni dotasiya edə bilərmi?
Ekspert bunun mümkün olduğunu əlavə edib:
"Bilər. Məsələn, 50 yaş üstü insanların xroniki xəstəliklərdə istifadə etdiyi ( təzyiq, şəkər, qandurulaşdırıcı və s.) dərmanlara dövlət dotasiyası ayırıb, onları minimum qiymətə sata billər. Büdcə kəsiri olan ildə bu, necə ediləcək, müəmmalıdır. Hazırda mümkün görünmür”.
Bahar Rüstəmli
Şərhlər