Xəbər lenti

Bu sirr 60 ildir açılmır: ABŞ
Dünya 09:09 02.01.2025

Bu sirr 60 ildir açılmır: ABŞ "qırıq ox" hadisəsini etiraf etdi, lakin nüvə bombası haradadır?

ABŞ rəsmilərinin pilotsuz uçuş aparatları ilə bağlı səssizliyi yenidən müzakirələrə səbəb olub. Ölkənin tarixi, federal hökumətin gizli layihələri və onların ifşaları ilə doludur. 1940-cı illərdən bu yana baş verən hadisələr bir çox insanı heyrətləndirir.

Qaynarinfo xəbər verir ki, son günlərdə Nyu-Cersi səmasında görünən naməlum pilotsuz uçuş aparatları ABŞ ictimaiyyətində narahatlıq yaradıb. Bu cihazların kimə məxsus olduğu və niyə ortaya çıxdığı ilə bağlı suallar cavabsız qalıb. Rəsmilər bu uçuş aparatlarının təhlükə yaratmadığını bildirsələr də, ictimaiyyətdə hökumətin bəzi detallarını gizlətdiyinə dair iddialar ortaya çıxıb.

ABŞ-ın gizli layihələri və ifşaları:

ABŞ hökumətinin illərlə gizli saxladığı və sonradan qəbul etdiyi bir çox sirr var. Bu hadisələrin ən maraqlıları arasında insan üzərində aparılan təcrübələr, Roswell hadisəsi, MKUltra proqramı, COINTELPRO və "qırıq ox” nüvə silahı itkiləri yer alır.

1. İnsan təcrübələri:

1945-ci ildən sonra ABŞ insanları plütonium kimi radioaktiv maddələrə məruz qoyaraq insan bədəninə təsirini araşdırıb. Bu təcrübələrdən biri, Tennessee ştatından bir fəhlə olan Ebb Keydə qarşı aparılıb. Onun bədəninə plütonium vurulub, nəticədə o, 8 il sonra həyatını itirib. Təcrübələr 1994-cü ildə açıqlanıb.

2. Roswell hadisəsi:

1947-ci ildə Nyu-Meksiko ştatında Roswell şəhərində aşkarlanan naməlum dağıntıların xarici planetlərdən gəlmiş bir gəmi olduğuna dair iddialar yaranmışdı. Hökumət əvvəlcə "uçan disk” olduğunu bildirsə də, daha sonra bunu hava şarı kimi təqdim edib.

3. MKUltra proqramı:

MKİ tərəfindən 1953-1973-cü illərdə həyata keçirilən bu proqramda insanlar üzərində şüur nəzarəti ilə bağlı təcrübələr aparılıb. İnsanlara narkotik maddələr rızaları olmadan verilib və bu maddələrin təsiri araşdırılıb. Detallar 1974-cü ildə mətbuata sızıb.

4. COINTELPRO:

FTB kommunistləri və sosial hərəkatları izləmək və onları zəiflətmək üçün COINTELPRO proqramını həyata keçirib. Martin Lüter Kinq də daxil olmaqla bir çox tanınmış şəxs bu proqramın hədəfinə çevrilib.

5. "Qırıq ox" hadisəsi:

ABŞ tarixində ən azı 32 nüvə silahı itkisinin qeydə alındığı bildirilir. Bu hadisələrdən biri 5 dekabr 1965-ci ildə baş verib. USS Ticonderoga gəmisindən bir təyyarə pilotu və nüvə bombası ilə birlikdə okeana düşüb. Nə təyyarə, nə də bomba tapılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->