Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:28 27.08.2025

Çempionlar Liqası: "Qarabağ" həlledici matça çıxır

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhəlsində həlledici matça çıxacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi "Ferentsvaroş”u qəbul edəcək.

Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu

27 avqust
20.45 Qarabağ (Azərbaycan) - Ferensvaroş (Macarıstan)
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa).
VAR: Jerom Brisar (Fransa).
AVAR: Nikolas Renvil (Fransa).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->