Fransa məhkəməsi Parisdə - Eyfel qülləsi yaxınlığında və sinaqoqlarda terror aktları planlaşdırdıqlarına görə ittiham olunan iki yetkinlik yaşına çatmayan şəxsi həbs edib. Onlardan biri cəmi 15, digəri isə 17 yaşındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Məlumata görə, ittiham olunanlar hələ iyul ayının sonunda saxlanılıblar, lakin bu barədə məlumat jurnalistlərə yalnız indi təqdim edilib. Yeniyetmələr öz planları ilə bağlı şifrələnmiş mesajlaşma proqramları vasitəsilə əlaqə saxlayıblar. Prokurorluğun iddiasına görə, onlar orada bir-birlərinə "son dərəcə vəhşicəsinə məzmun" ötürüblər. Bildirilir ki, onlar İŞİD terror qruplaşmasının təbliğat təsirinə məruz qalıblar. Bundan əlavə, yeniyetmələr cihada qoşulmaq istədiklərini müzakirə edib və silah axtarıblar.
Fransanın Milli Antiterror Prokurorluğu bu ilin may ayında yetkinlik yaşına çatmayan ekstremistlər üzrə xüsusi bölmə yaradıb. Səbəb isə sözdə "tiktok-terrorçularının" sayının artmasıdır. "Europol" yaxınlarda bildirib ki, indi demək olar hər üçüncü terrorizm şübhəlinin yaşı 20-dən aşağıdır. 2022-ci ildə Fransada terrorizm şübhəsi altında iki yeniyetmə gəlirdisə, 2023-cü ildə onların sayı artıq 15, ötən ildə isə 18 nəfər olub.
Problem Almaniyada da kəskin şəkildə özünü göstərir: məsələn, 25 avqustda bir çeçen "TikTok"da Saksoniyanın Plauen şəhərində terror aktı təşkil edəcəyini elan edib. Polisinin xüsusi bölmələri şübhəlinin mənzilində axtarış keçirib və şübhəli şəxsi əşyalar, o cümlədən telefonlar və məlumat daşıyıcıları aşkar ediblər. Yeniyetmə ilə bağlı indi istintaq aparılır.
Aydın
Şərhlər