Böyük Britaniya qaçqınların vətəndaşlıq hüququ qazanmaq üçün şərtləri kəskin şəkildə sərtləşdirməyi planlaşdırır.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkədə daimi yaşayış icazəsi almaq üçün qaçqınlar əvvəlcə uzun illər ərzində sığınacaq axtaran statusunda qalmalı və daim deportasiya riski ilə üzləşməli olacaqlar.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, qeyri-qanuni miqrasiya ölkəni parçalayır. Buna görə də bazar ertəsi günü o, qaçqınlara sığınacaq verilməsi üzrə yeni hökumət planını təqdim etməyi nəzərdə tutur.
BBC-yə verdiyi müsahibədə Mahmud bildirib ki, qaçqınlar daimi yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl indiki 5 il əvəzinə 20 il sığınacaq axtaran statusunda Britaniyada yaşamalı olacaqlar. Həmçinin, onların qaçqın statusu hər 30 ayda bir nəzərdən keçiriləcək: əgər müəyyən anda mənşə ölkə təhlükəsiz hesab olunarsa, həmin şəxsi məcburi qaydada evinə göndərəcəklər.
Böyük Britaniya hökuməti bu dəyişikliklərin məqsədinin ölkəni qeyri-qanuni miqrantlar üçün daha az cəlbedici etmək olduğunu gizlətmir. Hazırda ölkə Asiya və Afrikadan gəlib qeyri-qanuni şəkildə La-Manş çayı vasitəsilə Britaniyaya daxil olan qaçqın axını ilə üzləşib.
Ancaq əksər konkret detalları yalnız bazar ertəsi günü açıqlanacaq. Hazırda aydın deyil ki, yeni qaydalar Ukraynanın qaçqınlarına da şamil olunacaqmı. Avropa İttifaqının ölkələrində onlar digər regionlardan olan qaçqınlardan fərqli, xüsusi qoruma statusuna malikdirlər. Lakin Böyük Britaniya artıq Aİ üzvü deyil və onun qaydalarına əməl etmir.
Aydın
Şərhlər