Xəbər lenti

Berlin hakimiyyəti Gebbelsin villalarını sökmək istəyir (FOTOLAR)
Dünya 23:41 26.03.2024

Berlin hakimiyyəti Gebbelsin villalarını sökmək istəyir (FOTOLAR)

Almaniya paytaxtının hakimiyyət orqanları vaxtilə nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsə məxsus Bogen gölündəki binalar kompleksinin gələcək taleyini həll edir. 

Qaynarinfo bu barədə "The Times"a istinadən xəbər verir.

Kompleksin qorunub saxlanılmasının tərəfdarları hesab edirlər ki, Berlin rəhbərliyi onu sökməyə meyllidir.

Gübbelsin keçmiş kənd iqamətgahı və göldəki bütün tikililər Berlinin balansındadır. Eyni zamanda, ərazinin illik saxlanması paytaxtın büdcəsinə 280 min avroya başa gəlir. II Dünya müharibəsindən sonra sovet işğalı zonasına düşmüş və Azad Alman Gəncləri İttifaqına verilmiş kompleksin 20 ildən artıqdı tərk edilib. Son illərdə bu binaların qorunub saxlanması zərurəti ilə bağlı mübahisələr yaranıb. Nə Berlin meriyası, nə Brandenburq əyaləti, nə də Almaniyanın federal hakimiyyət orqanları onların bərpası üçün pul ödəməyə hazır deyil.

Keçən cümə günü, martın 22-də Barnim rayon məclisi (Brandenburq) Berlin daşınmaz əmlak idarəçiliyinə (Berliner Immobilienmanagement, BIM) kompleksin sökülməsinə moratorium qoyulmasını və ərazinin hazırkı görünüşünü qorumaq üçün danışıqları davam etdirmək tələbi ilə məktub göndərib.

"Berliner Immobilienmanagement" etiraf edir ki, Bogen gölündəki bu komplekslə bağlı söhbət xüsusi tarixi dəyərə malik obyektdən gedir. Lakin şirkət bu əmlaka daşınmaz əmlak baxımından da baxmalıdır", deyə BIM bildirib. 

Eyni zamanda, əmlak rəhbərliyi qeyd edib ki, hələlik bu məsələ ilə bağlı, o cümlədən binaların sökülməsi ilə bağlı yekun qərar yoxdur.

Qeyd edək ki, Paul Gebbels Cozef (29 oktyabr 1897 - 1 may 1945) Nasist Partiyasının lideri, Üçüncü Reyxin əsas təbliğatçısı və Hitlerin ən yaxın silahdaşı və dostu olub. 1945-ci ilin aprelində Gebbels Hitlerə Berlində qalmağı məsləhət görür. Yalnız bu yolla onu böyük Hitler haqqında əfsanənin həmişə yaşaya biləcəyinə inandırır. Fürer onunla razılaşır.

1945-ci il aprelin 12-də Hitler siyasi vəsiyyətində Gebbelsi dövlət kanslerinin postunda öz varisi təyin edir. Gebbels bunun qarşılığını şəxsi təbliğatçılıq jestiylə verməyə çalışır və Rusiya ilə razılaşmağa qərar verir. Bunun mümkün olmadığını anlayanda isə özünə qəsd etməyi planlaşdırır. Əvvəlcə 6 övladını zəhərləyir, sonra həyat yoldaşını başından vuraraq öldürür və həmin silahla öz canına da qəsd edir. Gebbelsin cəsədi öz vəsiyyətinə uyğun olaraq yandırılıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->