Xəbər lenti

“Azintelekom”a yeni mətbuat katibi təyin edildi (FOTO)
Ölkə 16:28 13.04.2023

“Azintelekom”a yeni mətbuat katibi təyin edildi (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelekom” MMC-yə yeni mətbuat katibi təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu vəzifə Murad Əhmədova həvalə olunub.

O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb.
Bundan əlavə, "AzInTelekom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov Nazirliyin tabeliyində olan "Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib.

Xatırladaq ki, nazirliyin "AzInTelekom", Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqızı bir həftə öncə işdən çıxıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->