Xəbər lenti

Azərbaycanın tikinti şirkəti faktiki müflis olub
Ekonomiks 14:43 10.10.2025

Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

Tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət ötən ili 5,5 milyon manat xalis zərərlə tamamlayıb. 

Bu, əvvəlki illə müqayisədə 7,4 milyon manatlıq pisləşmə deməkdir. Belə ki, 2023-cü ildə "Diadem" 1,9 milyon manat xalis mənfəət əldə etmişdi.

Şirkətin illik gəlirləri 30,4 milyon manata düşüb ki, bu da ötən ilə nisbətən 28 milyon manat və ya 47,9 % azalma deməkdir. Eyni zamanda, maya dəyəri xərcləri də 32,4 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 31,2 % azalıb.

Nəticədə, əvvəlki il 11,3 milyon manat ümumi mənfəət əldə edən şirkət bu dəfə 2 milyon manatlıq ümumi zərərlə üzləşib. Maliyyə xərclərinin 7,3 milyon manata qədər artması isə şirkətin vergiyəqədərki nəticəsini 6,9 milyon manatlıq zərərə çevirib.

Bu göstəricilər fonunda "Diadem"in cəmi aktivləri 114,4 milyon manata yüksəlib. Bu, ötən ilin sonuna nisbətən 11,2 % artım deməkdir. Eyni zamanda, cəmi öhdəliklər 17,2 % artaraq 114,8 milyon manata çatıb. Nəticədə, şirkətin kapitalı mənfiyə düşüb – 2024-cü ilin sonunda mənfi 408,6 min manat təşkil edib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->