Xəbər lenti

Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur
Ölkə 19:32 10.10.2025

Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur

Türkmənistanın hədiyyəsi olan məscidin məhz Füzulidə tikilməsi Qarabağın Azərbaycan Respublikasına aid olmasının bir sübutudur.

APA xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ölkəsinin Füzuli şəhərində Azərbaycan xalqına hədiyyəsi olan məscidin təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

Səfir məscidin təməlqoyma mərasiminin bütün Türk dövlət başçılarının iştirakı ilə keçirilməsini xatırladıb. O əlavə edib ki, bu, Türk dünyası üçün çox vacib tarixi hadisədir.

"Düşünürəm ki, gələcəkdə bu məscid bir növ Türk dövlətlərinin dostluğunun, qardaşlığının simvoluna çevriləcək”, - diplomat qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->