Xəbər lenti

Azərbaycanda ən çox donuz olan rayonlar
Ölkə 16:44 31.03.2025

Azərbaycanda ən çox donuz olan rayonlar

2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən illə müqayisədə donuzların sayında ciddi azalma olub.

Belə ki, 2024-cü ilin əvvəlinə olan məlumatla müqayisədə donuzlar 30 faizdən çox azalıb.

Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb. Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır.

Ölkəmizdə ən çox donuzun olduğu rayon Qaxdır. Burada 1228 donuz var. Qəbələ 670 donuzla ikinci sıradadır. İsmayıllıda isə 204 donuz qeydiyyata alınıb.

Statistikaya görə, Gəncədə 29, Goranboyda 34, Gədəbəydə 74, Siyəzəndə 25, Şabranda 7, Oğuzda 98, Kəlbəcərdə 100 donuz var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->