Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.
Qaynarinfo-nun məlumatına görə, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.
Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub. Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi.
Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib. Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi.
Aydın
Şərhlər