Xəbər lenti

Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçirildi
İdman 16:30 08.11.2025

Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçirildi

Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, A qrupunda "Gəncə" NTD-ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Sumqayıt" "Lənkəran"ı (98:94), "Ordu" isə "Naxçıvan"ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->