Xəbər lenti

Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu
İdman 15:49 25.10.2025

Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gəlib.

B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 76:69.

Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->