Xəbər lenti

Sarkozi həbsxanada ikən baba oldu - Nəvəsinə onun adını verdilər
Dünya 12:31 25.10.2025

Sarkozi həbsxanada ikən baba oldu - Nəvəsinə onun adını verdilər

Parisdəki La Sante həbsxanasında cəza çəkən keçmiş Fransa prezidenti Nikola Sarkozi həbsdəkli ikinci günündə xoş xəbər alıb.

Qaynarinfo "Le Parisien"ə istinadən xəbər verir ki, sabiq prezidentin nəvəsi dünyaya gəlib.

Siyasətçinin kiçik oğlu, 28 yaşlı Luis Sarkozi və həyat yoldaşı Natali Silla Silla Nikolas adlı bir oğlanın valideyni olublar. Uşağın adı babasının şərəfinə verilib.

"Dünən valideyn olduq. Sizi oğlumuz Silla Nikola Sarkozi ilə tanış etməkdən məmnunuq. Qoy güclü və müdrik böyüsün", deyə Luis "Instagram"da yazıb.

Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkəcəyi Paris həbsxanasına yollanıb. Siyasətçi həbs olunmazdan əvvəl verdiyi son bəyanatında qeyd edib ki, məhbuslar arxasına keçmiş prezident deyil, günahsız bir şəxs salınır. Onun vəkilləri onun Milad bayramına qədər azad ediləcəyinə əmindirlər. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->