Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılaşıb.
Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Araz-Naxçıvan” daha əvvəl "Bayburtspor”u 14 cavabsız qolla üstələyib, "Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və "Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Şərhlər