Ukrayna Ali Radası 253 səslə Nazirlər Kabinetinə 13 yeni nazirin təyinatını dəstəkləyib.
Qaynarinfo bu barədə "Ukrainska Pravda”ya istinadla xəbər
verir.
Rada aşağıdakı şəxslərin təyinatına razılıq verib:
Mixail Fyodorov – birinci vitse-premyer, innovasiyalar üzrə vitse-premyer;
Aleksey Kuleba – bərpa üzrə vitse-premyer, icmalar və ərazilərin inkişafı naziri;
Taras Kaçka – Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyer;
Matvey Bednı – gənclər və idman naziri;
German Qaluşenko – ədliyyə naziri;
Svetlana Qrinçuk – energetika naziri;
Nataliya Kalmıkova – veteranlar üzrə nazir;
İqor Klimenko – daxili işlər naziri;
Oksen Lisovoy – təhsil və elm naziri;
Viktor Lyaşko – səhiyyə naziri;
Sergey Marçenko – maliyyə naziri;
Aleksey Sobolev – iqtisadiyyat, ekologiya və kənd təsərrüfatı naziri;
Denis Ulyutin – sosial siyasət, ailə və birlik naziri.
Xatırladaq ki, 2025-ci il iyulun 16-da prezident Volodimir Zelenski "Xalqın qulluqçusu” fraksiyasının iclasında yenilənmiş Nazirlər Kabinetinin gələcək üzvlərini deputatlara təqdim edib.
2025-ci il iyulun 14-də Zelenski iqtisadiyyat naziri, birinci vitse-premyer Yuliya Sviridenkoya hökumətə rəhbərlik etməyi təklif etdiyini bildirib. Həmin vaxtkı baş nazir Denis Şmıqal isə müdafiə naziri postuna keçməli idi.
Şmıqal 15 iyulda istefa ərizəsi ilə Ali Radaya müraciət edib. Baş nazirin istefası bütövlükdə hökumətin istefası deməkdir.
Alpər
Şərhlər