Süni intellekt (Al) artıq proqram təminatının hazırlanmasına yanaşmanı dəyişir. Şirkətlər yaxın illərdə Al agentlərinin proseslərin əksəriyyətini idarə edəcəyini gözləyir və bu sahədə mütəxəssislərə tələbatın artacağı proqnozlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə "SoftServe” şirkətinin "Redefining the Future of Software Engineering” adlı araşdırmasında qeyd olunur.
Araşdırma göstərir ki, proqramçı komandaları artıq Al-dan fəal şəkildə istifadə edir. Sorğuda iştirak edənlərin 79%-i son iki ildə ən çox kod yazılması və onun keyfiyyətinin yoxlanılması üçün Al köməkçilərindən istifadə etdiyini bildirib.
Proqnozlara görə, təşkilatların 72%-i yaxın iki il ərzində Al agentlərinin proqram təminatının hazırlanmasının əksər və ya bütün mərhələlərini idarə edəcəyini gözləyir. Bununla yanaşı, respondentlərin 41%-i bunun növbəti 18 ay ərzində baş verə biləcəyini düşünür.
Bu dəyişikliklər fonunda İT sahəsində rollar da transformasiya olunur. Əvvəllər "DevOps", bulud xidmətləri və full-stack mühəndislər prioritet sayılırdısa, indi şirkətlər getdikcə daha çox Al mütəxəssislərinə ehtiyac duyur. Araşdırmaya əsasən, ən çox tələb olunan ixtisas Al mühəndisləridir (51%). Bununla yanaşı, proqram təminatı memarlarına (32%) və məlumat mühəndislərinə (29%) tələbatın artacağı gözlənilir.
Ümumilikdə, araşdırma əmək bazarında mühüm dəyişiklik olduğunu göstərir – "AI-native” adlandırılan, yəni Al sahəsində dərin ixtisaslaşmaya malik mütəxəssislər ön plana çıxacaq.
Sorğu iştirakçıları həmçinin qeyd ediblər ki, Al komandaların yeni ideyaları daha sürətli və tez-tez sınaqdan keçirməsinə, alternativ yanaşmaları araşdırmasına, istifadəçi ehtiyaclarını daha dərindən anlamasına və digər sahələrin mütəxəssislərindən öyrənməsinə kömək edir.
Aydın
Şərhlər