Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri maliyyə naziri.
Kollegiyanın üzvləri:
- Azərbaycan maliyyə nazirinin birinci müavini;
- Azərbaycan maliyyə nazirinin müavinləri;
- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri;
- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri;
- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri;
- Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.
Şərhlər